ABŞ dünyanın qızıl ehtiyatlarına görə birinci yerdədir

Amerika dünyanın qızıl anbarına çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Dünya Qızıl Şurası (DQŞ) açıqlayıb. DQŞ-nın məlumatına görə, dünyanın ən böyük qızıl ehtiyatına malik olan ABŞ 8.133 ton qızıla malikdir. Belə ki, beynəlxalq bazarlarda 1300 dollara çatan qızıla ən çox sərmayə qoyan ABŞ olub. Bununla da ABŞ sahib olduğu ehtiyata görə digər ölkələr arasında fərqlənib.
Qızıl ehtiyatına görə 3.402 tonla 2-ci yerdə Almaniya, 2907 tonla 3-cü yerdə Beynəlxalq Maliyyə Fondu (İMF), dayanır. İtaliya 2.451 tonla 4-cü, Fransa 2.435 tonla 5-cü yerdə qərarlaşıblar.

Qeyd edək ki, İqtisadi cəhətdən Yaponiyanı keçərək dünyada ikinci yeri tutan Çin 1054 ton qızıl ehtiyatı ilə 6-cı sırada yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə