Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşaya səfəri çərçivəsində sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq, sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB