Moskva İrəvana yerini göstərdi
Gürcüstanda keçirilən “Agile Sprit 2017” NATO təlimlərinə qatılmaq üzrə olan Ermənistanın son anda təlimlərdən imtina etməsi İrəvanda yenidən siyasi gərginliyin artması ilə müşahidə olunur. Bu ölkənin müxalif yönlü mətbu orqanları Serj Sarkisyan rejiminin son qərarını “Komedyanın davamı”, “Sarkisyan ölkəni yenə utandırdı”, “Ermənistan satılıb” kimi başlıqlarla qələmə alıb.
Əslində bu addım gözlənilən idi. Moskva İrəvanın siyasi hoqqabazlığına göz yuma bilməzdi və yummadı da. Kreml olduqca sakit tərzdə işalçıya yerini göstərdi. Nəticə etibarı ilə Sarkisyan növbəti dəfə gülünc vəziyyətə düşdü. Erməni cəmiyyətinə bir daha aydın oldu ki, ölkədə Rusiya əleyhinə aparılan təbliğat maşını, Avopaya meyillənmə kimi siyasi təzyiq vaistələri Kremlə keçmədi. Görünür Soçi danışıqlarında Vldamir Putin işçisi Sarkisyana həddini bildirib. Moskva ilə oyun oynamağın Ermənistan üçün hansı nəticələr verə biləcəyi xatırladılmaqla Sarkisyanın yaddaşı yenilənib. İstənilən halda verilən qərar siyasi fiaskodan başqa bir şey deyil. Üstəlik bu ilk dəfə baş vermir.
Daha öncə də Avropaya üz tutan İrəvandakı cinayətkar rejimin rəhbərini Moskvada yenə Putin “sakitləşdirib”. Beləcə, Ermənistandakı kriminal hakimiyyətdəkilərin Avropaya müstəqil görsənmək istəyi puça çıxdı. Ən əsası avropalı siyasilərə verilən mesajdır. Qısa izah odur ki, Ermənistan Rusiyanın for-postudur və İrəvanda bu reallığı dəyişəcək siyasi güc yoxdur. Ermənistanın Avropa Birliyi (AB) kimi quruma qoşulmaqla 50 mln avroluq qazancı da itirilib. İşğalçılıq siyasəti yürütməklə blokada vəziyyətinə salınan, resursları getdikcə tükənən bir dövət üçün yuxarda qeyd olunan rəqəmlər mühüm həyati əhəmiyyətə malik idi.
Hər bir halda NATO Ermənistansız təlimlər keçirdi. Dolayısı ilə Rusiya Avropa üzərində qələbə çalmış tərəf oldu. Yəni Avropa Cənubi Qafqaz siyasətində yenidən uğursuzluqla üzəşdi. İrəvanın davranışları fahişəni xatırladan qadın obrazı yarada bilər. Lakin ən böyük səhv Ermənistana göndərilən dəvətdir. Brüsseldə oturub Avropanın siyasətini müəyyənləşdirənlər üçün Rusiya qədər Ermənistan faktoru da unudulmayacaq. Məhz bu iki dövət qoca qitənin bölgəyə təsir imkanlarını azaldır. Beləcə dəngələr dəyişmədi. İrəvan ağasının kim olduğunu göstərdi. Yaxın 10 il ərizndə də çətin Ermənistanın siyasəti dəyişsin. Bunun üçün başlıca şərt hakimiyyəti zorla ələ alan kriminal rejimin devrilməsidir. Məhz bundan sonra Kremlin İrəvana təzyiq rıçaqarını qismən də olsa azaltmaq olar. Hələlik isə avropalı diplomatarda belə siyasi iradə yoxdur. Açıq desək Avropa dövlətləri Rusiya ilə üz-üzə gəlməkdən çəkinir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB