"Yazılan məlumatlar texniki səhv ucbatından yaranıb" MM-dən AÇIQLAMA

"Yazılan məlumatlar texniki səhv ucbatından yaranıb" MM-dən AÇIQLAMA

Milli Məclis İntizam Komissiyasının sədrinin dəyişilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Milli Məclisdən SİA-nın sualına cavab olaraq bildirilib ki, yanlış yazılan məlumatlar texniki səhv ucbatından yaranıb.

Bildirilib ki, Milli Məclisdə qəbulla bağlı hazırlanan cədvəldə texniki səhv olub və deputat Siyavuş Novruzov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri əvəzinə İntizam Komissiyasının sədri kimi qeyd olunub: "Milli Məclisin aparat işçisinin texniki səhvi nəticəsində də yanlış informasiyalar yayılmağa başlayıb. Belə bir şey yoxdur. Bildiyiniz kimi hər hansı komissiyanın sədrinin dəyişdirilməsi səsvermə yolu ilə olur. Ümumiyyətlə, Siyavuş Novruzov İntizam Komissiyasının üzvü deyil. İntizam Komissiyasının sədri Ağacan Abiyev qalır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə