Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Sentyabrın 28-də Bakı Slavyan Universitetinin Elmi Şurasının xüsusi yığıncağı keçiriləcək. Bu barədə SİA-ya BSU-nin mətbuat xidmətinin rəhbəri Adil Əliyev məlumat verib. O bildirib ki, Elmi Şuranın xüsusi yığıncağı çərçivəsində Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Qeyd edək ki, tədbir sentyabrın 28-si saat 12:00-da Bakı Slavyan Universitetinin akt zalında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə