Əli Kərimli Mehman Əliyev üzərindən şəxsi divident axtarışında - TƏRS BAXIŞ

Əli Kərimli Mehman Əliyev üzərindən şəxsi divident axtarışında - TƏRS BAXIŞ

Fürsətcil AXCP sədri yenidən siyasi fürsətcillik ampluasında

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin vergidən yayınma cəhdlərinə görə istintaqa cəlb edilməsinin ardınca bir sıra müxalifətyönlü və "müstəqil media" qurumlarının rəhbərləri müxtəlif toplantılar keçirərək bu hadisəni siyasiləşdirməyə başlayıblar. Xüsislə, xalqın etimadını itirmiş və siyasi güc olaraq qəbul edilməyən Müsavat, AXCP, “Milli Şura” və s. radikal müxalifət qurumları M.Əliyevin həbsi ətrafında çirkin oyunbazlıqlara yol verərək, fərdi maraqlarını güdməyə başlayıblar. Onların arasında özünü daha çox oda-közə vuranlardan biri isə məhz AXCP sədri Əli Kərimlidir.

Əli Kərimli Mehman Əliyevin media adamı olduğuna görə, məhz onun ətrafında oynadığı oyunbazlıqlarının daha səmərəli nəticə verəcəyini düşünür

Özünü az qala M.Əliyevin “ən parlaq müdafiəçisi” kimi ictimai rəyə sırıyan Ə.Kərimlinin buradakı mövqeyi isə kimsəyə sirr deyil. Daha dəqiq desək, cəbhəçi sədr M.Əliyevə “siyasi məhbus” donunu geyindirib, 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri ərəfəsində xarici ağaları qarşısında xal toplamağa çalışır. Halbuki bu gün məhz onun günahı üzündən müavinləri də daxil olmaqla bir sıra tərəfdarları həbsdədirlər və o cəbhədaşlarının azadlığa buraxılmaları istiqamətində elə də haray-həşir qaldırmır. Çünki M.Əliyev media adamı olduğuna görə, məhz onun ətrafında oynadığı oyunbazlıqlarının daha səmərəli nəticə verəcəyini düşünür.

Yenidən oyanan qrant iştahası

Beləliklə, Ə.Kərimlinin 2018-ci il öncəsi üzə çıxan daha bir məqsədinin onun adı üzərindən qrant almaqdan da ibarət olduğu sirr deyil. Çünki o, illər öncə bu cür fürsətcilliklər edərək, həbslər üzərindən külli miqdarda pul-para qazanıb, şəxsi mənfəəti naminə çirkin addımlar atıb. Əbəs yerə deyil ki, siyasi maraqlara görə deyil, pul marağına görə bir neçə gün qabaq bir araya gəlmiş radikal müxalifət təmsilçiləri və düşərgənin satqın media qurumları indi də yeni “siyasi məhbus” siyahısı hazırlamağa başlayıblar. Yəni Müsavat partiyasının qərargahında bir neçə gün öncə toplaşan tərəflərin məqsədi bilavasitə həbs olunmuş tərəfdarlarının adı üzərindən qarantlar sahib olmaq cəhdi kimi qiymətləndirilməlidir. Əbəs yerə deyil ki, artıq bununla bağlı daim Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxış edən, şər-böhtan xarakterli hesabatlar hazırlayan insan haqları qurumlarına və şantajçı təşkilatlara müraciətlər olunub. Əgər sabah-birigün yenidən “Freedom House”, “Human Right Watch” və s. bənzər təşkilatlar eyni “hesabatlar” hazırlasalar bundan təəccüblənməyə dəyməz.

Bir müddət sonra hər şeyin necə olacağı artıq indidən görünməkdədir

Artıq o da bəllidir ki, şəxsi mənfəətinə çatmaq üçün Ə.Kərimlinin bunun üçün xarici ölkələrin səfirlikləri və ölkəmizdə fəaliyyətdə olan digər bir sıra təşkilatlarla təmaslarını artıracağını gizlətmir. Üstəlik, Müsavatın qərargahında keçirilən məlum toplantıda o hər dəfə özünü gözə soxaraq bu məsələyə başlılıq edəcəyini də deyib. Onu da qeyd edək ki, müəyyən maraqların üst-üstə düşməsi xatirinə hələlik “siyasi məhbus” siyahısının hazırlanmasında qarşıdurmalar yaşanmayıb. Ancaq bir müddət sonra hər şeyin necə olacağı artıq indidən görünməkdədir. Daha dəqiq desək, əvvəlki “siyasi məhbus” siyahılarında olduğu kimi, bu dəfə də kəskin qarşıdurmaların baş verəcəyini proqnozlaşdırmaq mümkündür. M.Əliyevin həbsi isə belələri üçün necə deyərlər, “göydəndüşmə” olub. Hadisələr onu da göstərir ki, 2018-ci il xülyalarına dalan radikallar və dağıdıcılar qrupu son anda digər üst-üstə düşməyən maraqlarına görə də savaşlara gedəcəklər. M.Əliyev üzərində qurulmuş “ortaq maraqlar” isə unudulacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə