Siqaret qutularının üzərində nikotinin dağıtdığı insan orqanlarının şəkli yerləşdiriləcək

Siqaret qutularının üzərində nikotinin dağıtdığı insan orqanlarının şəkli yerləşdiriləcək

Avropa Komissiyası Avropa İttifaqının bütün siqaret istehsalçılarını siqaret qutularının üstündə nikotinin ziyan vurduğu insan orqanlarının şəklini yerləşdirməyə məcbur etmək təklifini irəli sürüb. SİA-nın məlumatına görə, bu təklifi səhiyyə və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Avropa komissarı Con Dalli Avropa Komissiyasının 2012-ci il üçün nəzərdə tutduğu siqaretçəkmə ilə mübarizənin gücləndirilməsi proqramının təqdimatı zamanı irəli sürüb.

"Tütün asılılıq yaradır və nəticədə vətəndaşlarımızda müxtəlif xəstəliklər inkişaf edir. Bu isə öz növbəsində, səhiyyə sahəsinə dövlət xərclərinin artırılmasına gətirib çıxarır. Avropalıların 30 faizi siqaret çəkir. Onların 35 faizi gənclərdir", Con Dalli deyib.

Hazırda Avropa İttifaqının 4 ölkəsində - Belçikada, Rumıniyada, Böyük Britaniyada və Latviyada siqaret qutularının üstündə nikotinin təsirindən dağılmış xəstə insan orqanlarının şəkilləri çap edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə