BAXCP rəsmisi: “Bu ölkədə kimin kim olduğunu hamı çox yaxşı bilir” MÜNASİBƏT

BAXCP rəsmisi: “Bu ölkədə kimin kim olduğunu hamı çox yaxşı bilir” MÜNASİBƏT

“Rəsmi olaraq Mehman Əliyevlə bağlı hüquq-mühafizə orqanları ittiham irəli sürüb. Onun agentliyinin küllü miqdarda vergidən yayınma halının olması ilə bağlı Vergilər Nazirliyinin təqdimatı ilə cinayət işi açılıb. Söhbət on minlərlə manatdan gedir. Hal-hazırda istintaq aparılır. Uzun illər idi ki, “Turan” informasiya agentliyi ölkənin media həyatında demək olarki yox idi və heç bir qəzet, sayt, agentlik, sosial şəbəkə Mehman Əliyevin agentliyindən istifadə etmirdi. Bu bir həqiqətdir”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyinin rəsmi ittihamından sonra bəlli oldu ki, Mehman Əliyev də ölkə mətbuatında var: “Bir sıra şəxslərin yaydığı məlumatlardan da görünür ki, agentlik xarici qrant hesabına bu günə qədər maliyyələşirmiş. Əgər, sənin hesabına xaricdən küllü miqdarda vəsait daxil olubsa, deməli Vergilər Nazirliyinin yoxlaması təbii olmalıdır. Hətta informasiya yayılıb ki, agentlik, contact.az saytı adı ilə ayda 200 000 dollar həcmində vəsait xərclənirmiş. Hər gün ölkə mətbuatını izləyən bir siyasətçi kimi, bu günə qədər belə bir saytın mövcudluğunu görməmişəm. Ayda 200 000 dolların da böyük vəait olduğunu düşünürəm. Bütün hallarda hüquq-mühafizə orqanları bu məsələni dəqiqliklə arşadırmalıdır. Bəzən Mehman Əliyevin obrazında mələk formalaşdırmağa çalışırlar. Ancaq şəxsən mən bu qənaətdə deyiləm. Mehman Əliyevin 2013-cü ildə Milli Şuranın üzvü kimi Rusiya rəhbəri Vladmir Putinə yazdığı şanlı məktubu oxmuşam. Putini böyük demokrat adlandırmasını və Rüstməm İbrahimbəyovun vətəndaşlıqdan azad edilərək, prezidentliyə namizəd olmasını da oxmuşam. Bu ölkədə kimin kim olduğunu hamı çox yaxşı bilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə