Alman deputat: "Avropa Birliyi Türkiyəyə 2 milyard avro ödəməlidir"
"Miqrasiya müqaviləsi çərçivəsində Türkiyəyə ödəniləcək maliyyə yardımlarının tamamlanması üçün AB ölkələri daha çox pul ödəməlidir." Axar.az xəbər verir ki, bu sözləri AB Kommisiyasının alman nümayəndəsi Günter Öttinger deyib. O bildirib ki, ittifaq ölkələri 2 milyard avro toplamalıdır.
Öttinger Türkiyədəki miqrantların yaşayışı və təhsili üçün 2018-ci ilə kimi 6 milyard avronun nəzərdə tutulduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB