"Azərbaycanda elə bir sahə yoxdur ki, orada Mehriban xanım Əliyevanın xidmətləri olmasın" AÇIQLAMA
“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva bütün Azərbaycan cəmiyyəti üçün bir örnəkdir. Çünki, Mehriban xanım Əliyeva istər ana, istər həyat yoldaşı, istər siyasi xadim, istərsə də peşəkar fəaliyyəti ilə hər kəsə nümunədir”. Bunu SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
K. Əliyevanın sözlərinə görə, ölkəmizdə elə bir sahə yoxdur ki, orada Azərbaycanın Birinci vitse- prezidenti Mehriban Əliyevanın təşəbbüsü olmasın: “ Onun fəaliyyəti müxtəlif sahələri əhatə edir. Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə həyatının bütün sahələrində mühüm inkişaf göstəricilərinin əldə olunmasında, həm də ölkə sərhədlərindən kənarda Vətənimizin ləyaqətlə təmsil edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir”.
Təhsil sisteminin inkişafında Mehriban xanım Əliyevanın böyük xidmətlərinin olduğunu deyən deputat söyləyib ki, Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib: “Son 13 ildə ölkəmizdə 3 mindən artıq müasir standartlara cavab verən, yüksək maddi-texniki təhcizatla təmin edilmiş məktəblər tikilib istifadəyə verilib. Yarandığı vaxtdan Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və bölgələrimizdə çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisələrinin yüksək səviyyədə təmir olunub, yenidən tikilib. Azərbaycanda elə bir rayon, kənd yoxdur ki, orada Fondun dəstəyi ilə məktəb və ya uşaq baxçaları ilə əlaqədar işlər görülməsin. Təbii ki, bütün bunlar Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası nəticəsində reallaşıb”.
Birinci vitse-prezident eyni zamanda ölkəmizdə idman sahəsində də uğurların əldə olunmasında mühüm işlər görüb: “ Son illər məhz Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində ölkəmizda mühüm beynəlxalq yarışlar keçirilib. Mehriban xanım Əliyevanın fəaliyyətini sadalamaq üçün saatlar kifayət deyil. Lakin Onun gördüyü bütün işlər Azərbaycan xalqının rifahı üçündür. Belə bir xanımın Azərbaycanın Birinci vitse-prezidenti olması qürurverici faktdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB