Rusiya Ermənistanda avia biletlərin qiymətini qaldırdı

Rusiya Ermənistanda avia biletlərin qiymətini qaldırdı

İrəvanın şantaj siyasətinə Kremlin cavab həmlələri gecikmədi

İrəvanda Rusiya əleyhinə aparılan siyasi gedişlərə Moskvadan mesajlar gəlməyə başlayıb. Kreml ilkin olaraq Ermənistanda avia biletlərin qiymətində artıma gedib. Şimal qonşmuz işğalçının hava məkanına nəzarət etməklə yanaşı, təyyarə biletlərinin satışına da hakimdir. Hazırda bu ölkədə mülki şəxslərə təyyarə biletlərinin satışı ancaq Rusiya şirkətləri tərəfindən aparılır. Ermənistanın özü də daxil olmaqla digər dövlətlərə məxsus avia kompaniyaların bənzər biznezlə məşğul olması tam olaraq qadağan edilib.

Ermənistanın müxalifət mətbuatının yazdığına görə, son iki gündür İrəvanda təyyarə biletlərinin qiyməti iki dəfə artıb. Qiymətlərin bahalaşması İrəvan-Moskva reysində xüsusi ilə müşahidə olunmaqdadır. Mövcud vəziyyətə isə Rusiya şirkətlərindən heç bir səbəb göstərilmir. Ermənistanın Mülki Aviasiya Administrasiyasının keçmiş rəhbəri Şaqen Petrosyan bildirib ki, indiki hakimiyyət bu prossesə təsir etməkdə çox gücsüzdür. Buna səbəb bu ölkənin bütün sahələrinin bir başa Moskvanın tabeliyində olmasıdır: “Qiymət artımı ilə bağlı konkret olaraq heç bir söz deyilmir. Axı kim Moskvadan bunun hesabını sormağa cürət tapa bilər? Bir ölkənin ki, şəxsi avia şirkətləri yoxdur. Belə olan halda kimdən hesab soruça bilərsən. Ermənistan tam anlamı ilə Rusiyanın işğalı altındadır”.

Görünür Rusiya şirkətləri Kremldən alınan göstərişlə hərəkət edir. Moskvanın isə belə bir qərar verməsi İrəvana təzyiq siyasətinin ilkin akkordlarıdır. Rusiya bununla demək istəyir ki, bu başlanğıcıdır və bənzər siyasi həmlələr digər sahələri də əhatə edə bilər. Ümumiyyətlə Rusiyanın Ermənistana təzyiq riçaqlarını işə salması gözənilən idi. Hətta Krmelə yaxın mətbu oraqnlarda belə İrəvana xəbərdarlıq edilir, Ermənistanın “şıltaqlığına” qarşı lazımı ölçü götürüləcəyi deyilirdi. Bu ölkənin NATO bayrağı altında keçirilən hərbi təlimlərə qatılması, paralel olaraq Brüssel xəyallarına Kreml biganə qala bilməzdi. Bir sözlə desək işğaçı mesajını aldı. İrəvana yerini göstərmək üçün Rusiya paytaxtdında artıq düyməyə basılıb. Düzdür hələlik Rusiyanın təzyiq formatı elə effektli görsənməsə də yaxın gələcəkdə Ermənistanın başı üzərində qara buludar aydın görünəcək. Prosseslər dövət çevrilişinə qədər gedib çıxa bilər. Sarkisyan rejimi ökəsini nə qədər müstəqil dövlət kimi təqdim etmək istəsə də bu yuxuya nəinki sadə ermənilər, heç Serjin komandası da inanmır. Moskva illərdir İrəvan üçün bir xətt çızıb. Başqa alternativlərə meyillənmək Ermənistan üçün sadəcə mümkünsüzdür.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə