Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib
Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 23-də Azərbaycana səfərə gəlib.
SİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Abdelvahed Radi və onu müşayiət edən şəxslər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB