İtaliyalı deputatlar Bakıya gəliblər

İtaliyalı deputatlar Bakıya gəliblər

İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 23-də Bakıya gəlib.

SİA-nın məlumatına görə, italiyalı qonaqlar səfər çərçivəsində Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.

Bundan başqa, qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə