İrpendə akademik Zərifə xanım Əliyevanın adını daşıyan park abadlaşdırılacaq

İrpendə akademik Zərifə xanım Əliyevanın adını daşıyan park abadlaşdırılacaq

Sentyabrın 23-də Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Kiyevin peyk şəhəri İrpenə səfər edib. SİA-nın məlumatına görə, burada dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçə və Dostluq Parkı vardır.

Diplomat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəsi Elçin Məmmədov ilə birlikdə Zərifə Əliyeva adına Dostluq Parkında Azərbaycan xalqının görkəmli qızının büstü önünə güllər düzmüş, şəhər sakinlərinin sevimli istirahət guşəsinin abadlaşdırılması məsələlərini müzakirə edib.

Sonra Azərbaycanın səfiri İrpenin meri Oleq Bondar ilə görüşüb. Görüşdə regionlararası səviyyədə tərəfdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

E.Mədətov akademik Zərifə Əliyeva küçəsindəki 12 nömrəli ümumtəhsil məktəbinə də gəlib. Məktəbin direktoru Valentina Antonenko ilə bu təhsil müəssisəsində akademik Zərifə Əliyeva muzeyinin yaradılması barədə razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə