Dövlət katibi XİN rəhbərinin müavini tərəfindən qəbul edilib

Dövlət katibi XİN rəhbərinin müavini tərəfindən qəbul edilib

Bu gün ölkəmizdə səfərdə olan Çex Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.

SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə