Naxçıvan Regional İnformasiya Mərkəzinin yeni filialları istifadəyə veriləcək
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Ordubad və Şərur rayonlarında yeni filialları fəaliyyətə başlayacaq.
Mərkəzin psixo-pedaqoqu Minurə Əliyeva naxcivantv.az-a bildirib ki, bu filiallarda fəaliyyət göstərəcək müəllimlər mərkəzdə dörd aylıq, Bakı şəhərində 14 günlük kurslarda iştirak ediblər.
Qeyd edək ki, mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya işi aparılır. Burada defektoloji bölmə, təlim-bərpa, psixoloji dəstək otağı, əmək terapiyası da fəaliyyət göstərir. Mərkəzə müraciət edən hər bir uşaq öncə psixoloji dəstək otağında yoxlanılılır, diaqnoz müəyyənləşdirilir və hansı otağa yönəldilməsi barəsində rəy verilir. Hər bir uşağın elektron bazası yaradılıb və fərdi müşahidələr aparılır.
Kəmalə Əliyeva
NTV Xəbər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB