İctimai Birlik Cocuq Mərcanlı ilə bağlı layihə həyata keçirməyi planlaşdırır
Bu gün Azərbaycan - Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub, Komitənin Sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynovla görüşərək Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar olaraq müzakirələr aparıblar.
Qeyd edək ki bu görüşdən əvvəl adı çəkilən nümayəndə heyəti Cocuq Mərcanlı kəndinəı səfər etmiş, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparmış və onların rəy və təkliflərini dinləyiblər.
SİA-nın verdiyi məlumata görə, Dövlətqaçqınkomda keçirilən görüşdə Komitə sədrinin müavini Gəray Fərhadov bildirmişdir ki, hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə - 1994-cü ilin yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İnşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də başa çatdırıldı. Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də inşa olunub.
O, həmçinin qeyd etdi ki, əgər indiyədək məcburi köçkünlər üçün salınan qəsəbələrdə onlar müvəqqəti yaşamaq üçün köçürülürdülərsə, bu dəfə belə deyil. Yəni, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə həmin kəndin sakinləri orada daimi yaşamaq üçün köçürülürlər. İlk növbədə, 50 ailə doğma yurduna qayıdıb.
Sədr müavini onu da bildirib ki, bundan sonra dövlətimizin başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi hazırda sürətlə davam etdirilir.
Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Gəray Fərhadov bu əlaqələri daha da inkişaf etdirmək və bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə torpaqlarımız işğal olunan zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olub. Bu gün isə artıq sakinlər geriyə qayıtdıqdan sonra qardaş Türkiyə Cumhuriyyətindən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədi ilə yenidən xalqımızın yanında olduğunu və onların bu təşəbbüslərini yüksək dəyərləndirən G. Fərhadov nümayəndə heyətinə minnətdarlığını bildirib.
Görüşdə nümayəndə heyətinin üzvləri çıxış edərək bildirdilər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olub. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarılnın bərpasına nail olmaqdır.
Görüşdə qərara alındı ki bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qurupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparıslın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB