Qadınlardan ibarət yığmamız Avstriya millisini məğlub edib

Xantı-Mansıda keçirilən şahmat üzrə dünya olimpiadasının ikinci turunda Azərbaycanın qadınlardan ibarət yığmasının Avstriya şahmatçıları ilə qarşılaşması 3:1 hesabı ilə həmyerlilərimizin xeyrinə başa çatıb. SİA-nın məlumatına görə, qadın şahmatçılar arasında aşağıdakı nəticələr qeydə alınıb:

Zeynəb Məmmədyarova–Yeva Moser 1:0, Gülnar Məmmədova-Kristina Kopinits 1:0, Nərgiz Umudova-Veronika Exler 1:0, Xəyalə İsgəndərova-Culia Novkoviç 0:1.

Azərbaycanın kişilərdən ibarət komandası isə Vyetnam yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Kişi şahmatçıların mübarizəsində qarşılaşmalar bu nəticə ilə yekunlaşıb: Şəhriyar Məmmədyarov–Le Quanq Lyem 0,5:0,5, Teymur Rəcəbov–Nquen Ndok Truonq Son 05:0,5, Rauf Məmmədov-Nquen An Danq 0:1, Qədir Hüseynov-Dao Tien Xai 0,5:0,5.

Bütün xəbərlər Facebook səhifəmizdə