Qırğızıstanlı nazir “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olub
Qırğızıstan Respublikasının Gənclərlə iş üzrə naziri Alımkulov Aliyasbek Tolbaşieviçin rəhbərlik etdiyi nümayəndə heyəti "İRƏLİ" İctimai Birliyinin mərkəzi qərargahında olub. SİA-nın məlumatına görə, görüşdə birliyin idarə heyətinin üzvləri iştirak ediblər.
Ceyhun Osmanl qonaqlara "İRƏLİ" haqqında ətraflı məlumat verdikdən sonra görüş iştirakçılarını qonaqlara təqdim edib. Daha sonra sözü birliyin layihə və korporativ sektorla əlaqələr üzrə katibi Heydər Mirzəyevə verib. H. Mirzəyev qonaqlara "İRƏLİ"nin irimiqyaslı layihələri, fəaliyyət istiqaməti barədə daha geniş məlumat verib.
Alımkulov Aliyasbek Tolbaşieviçin isə Qırğızıstan Respublikasının Gənclərlə iş üzrə Nazirliyinin yeni yaradıldığını, lakin qısa vaxt ərzində çox işlər gördüklərini qeyd edib. Gələcəkdə "İRƏLİ" İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq etmək arzusunda olduqlarını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB