Britaniya Avropa İttifaqına 40 milyard avro ödəyəcək Böyük Britaniya hökuməti Avropa İttifaqından çıxmaq üçün bu quruma 36 milyard funt sterlinq – (40 milyard avro) ödəməyə hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazır.
Britaniya hökumətinin ali məmurları Avropa İttifaqından çıxmaq üçün dalana dirənən danışıqları yenidən bərpa etmək üçün sözügedən qərarı yeganə çıxış yolu kimi dəyərləndiriblər. Lakin buna baxmayaraq, onlar öz şərtlərini də daxil etmək fikrindədirlər. Həmin şərtlərdən biri Avroittifaqla yeni ticari anlaşma məsələsidir.
Hökumətin ayrı-ayrı mənbələri 40 milyard avro ilə bağlı rəqəmi təsdiqləyiblər. Daha öncə isə sözügedən məsələ ətrafında 50 miyard avro haqqında danışılmışdı. Ancaq baş nazir Tereza Mey həmin rəqəmi inkar edərək, onun həddindən artıq böyük olduğunu bildirmişdi.
Xatırladaq ki, Böyük Britaniya 23 iyun 2016-cı ildə keçirilən referendumun nəticələrinə görə, Avropa İttifaqından çıxmaq qərarını vermişdi.
Səs verənlərdən 52 %-i məhz bu qurumdan çıxmağı dəstəkləmişdilər.Məhz bundan sonra sabiq baş nazir Devid Kemeron öz sözünün üzərində dayanaraq, istefa vermişdi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB