Hikmət Babaoğlu: “Prezident müşavirədə bir sıra qlobal məsələlərə də toxundu” AÇIQLAMA
“Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfəri və orada ümumrespublika müşavirələri keçirməsi artıq ənənə halını alıb”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu regionların həm iqtisadi inkişafının təhlili baxımından, həm də görülmüş işlər baxımından, eləcə də bütövlükdə iqtisadi rayonların xarakterik xüsusiyyətlərinin yenidən öyrənilməsi, qiymətləndirilməsi və inkişafı üçün tədbirlərin görülməsi baxımından əhəmiyyətlidir: “Ona görə də biz hər dəfə cənab Prezidentin ayrı-ayrı rayonlara səfərindən sonra dərhal Prezident Fondundan həmin regionlarda müvafiq iqtisadi istiqamətlərin inkişafı ilə bağlı maliyyə vəsaitinin ayrıldığının şahidi oluruq. Bilirsiniz ki, Azərbaycanın Şimali-Qərb iqtisadi rayonu xüsusi əhəmiyyətlidir. Bu zona iqtisadi rayonlardan biridir. Burada ölkəmizin aqrar sektorunun inkişafı ilə bağlı indiyədək çox böyük tədbirlər görülüb. Xüsusilə bu zona, region tütünçülük, baramaçılıq və fındıqçılığının inkişafı ilə bağlı çox əlverişli relyefə və iqlim göstəricilərinə sahibdir. Ona görə də cənab Prezident məhz Qaxda keçirdiyi müşavirədə regionun yerli, spesifik iqtisadi xüsusiyyətlərini nəzərə alaraq orada bundan sonrakı inkişafla bağlı öz tövsiyyələrini, tapşırıqlarını verdi.
Eyni zamanda bugünə qədər Zaqatala, Balakən, Qax rayonlarında yaradılmış fermer təsərrüfatları, iş mərkəzləri, iqtisadi mərkəzlər ABAD layihəsi çərçivəsində həyata keçirilən işlərlə bağlı açılışlar etdi. Bütövlükdə cənab Prezident Qaxda region müşavirə keçirən zaman Respublikamızın ümumi iqtisadi göstəricilərinə toxunaraq qeyd etdi ki, Azərbaycanda hazırda işsizlik 5 faizdən aşağıdır. Azərbaycanın iqtisadi göstəriciləri yüksəkdir. Eyni zamanda cənab Prezident qeyd etdi ki, bu günə qədər regionların bu şəkildə inkişaf etməsi, yeni kommunikasiyaların qurulması, məktəblərin tikilməsi, olimpiya idman komplekslərinin yaradılması məhz Azərbaycan Prezidenti tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində mümkün olub. Bu proqram davam edir. Həm sosial, həm də iqtisadi, idman sahəsində yeni-yeni layihələrin həyata keçirilməsi ilə müşahidə edilir. Cənab Prezident burada bir sıra qlobal məsələlərə də toxundu.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın ən başlıca məqsədlərindən biri hazırki iqtisadi şərtlər çərçivəsində özünü ərzaqla təmin etməsi məsələsidir. Biz bilirik ki, ərzaqla təminat məsələsi ölkənin milli təhlükəsizliyin əsas kamponentlərindən biridir. Ona görə də ölkə başçısı qeyd etdi ki, hazırda biz toyuq və toyuq məhsulları ilə özümüzü 100 faiz təmin edirik. Süd və süd məhsulları ilə özümüzü təqribən 80 faiz təmin edirik. Təbii ki, bu da kifayət qədər müsbət göstəricidir. Bu fikirlərin səsləndirilməsi bir daha həmin sahənin yenə prioritet olaraq qalmağını göstərməklə cənab Prezident ölkəmizdə yeni aqro parkların yaradılmasına toxundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB