Avrasiya İttifaqı və KTMT Ermənistanı çıxdaş edir

Avrasiya İttifaqı və KTMT Ermənistanı çıxdaş edir

Rusiyalı siyasi şərhçi Modest Kolerov Ermənistan sürücülük vəsiqələrinin Rusiyada tanınmaması məsələsi ilə balı fikirlərini açıqlayarkən erməni tərəfini ittiham edən qarşılıqlı sual ünvanlayıb və soruşub: bəs Ermənistan Rusiyanı müxtəlif məsələlərə görə ittiham edərkən, bu problemi də kollegiya sədri Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyan olan Avrasiya İttifaqındakı nümayəndləri vasitəsilə qaldırıbmı? SİA xəbər verir ki, bu barədə “lragir.am”ın analitik yazarı Akop Bədəlyan rusiyalı ekspertin digər erməni saytı – “tert.am”a açıqlamasını şərh edərkən yazıb.

Tiqran Sarkisyan öz iddiasını Rusiya dumasının bu qərarı qəbul etməsindən öncə də qaldıra bilərdi

Erməni analitikə görə, Kolerov burada çox maraqlı sual ünvanlayıb, halbuki Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov dolayısı ilə bu sualı cavablandırmışdı. O, bəyan etmişdi ki, Tiqarn Sarkisyan Ermənistanın deyil, Avrasiya İttifaqının maraqlarını təmsil edir. Lakin Bədəlyan buna baxmayaraq, öz siyasi şərhində Tiqran Sarkisyanın sözügedən məsələni qaldıra biləcəyini iddia edib. SİTAT: “Hətta Avrasiya İttifaqının məmuru olmasına rəğmən, Tiqran Sarkisyan Rusiya dumasının bu qərarı qəbul etməsindən öncə də qaldıra bilərdi. Çünki burada iş yalnız Ermənistanda deyil, Avrasiya İttifaqının iqtisadi məna kəsb etməsindədir və Tiqran Sarkisyan Dmitri Medvedevin sözlərinə görə, “böyük rəis” kimi Ermənistanın müraciətini gözləməməli idi və diskriminasiyaya qarşı şəxsən mövqe sərgiləməliydi. Ancaq Tiqran Sarkisyan Rusiya hakimiyyətinə yalnız yaxın günlərdə müraciət edərək səs-küy qaldırıb”.

Erməni analitikinin sözlərinə görə, guya Rusiya Ermənistanın sürücülük vəsiqələrini öz ərazisində tanımadığına görə, bu ölkəni “diskriminasiyaya” uğradır

Beləliklə, erməni analitikinin sözlərinə görə, guya Rusiya Ermənistanın sürücülük vəsiqələrini öz ərazisində tanımadığına görə, bu ölkəni “diskriminasiyaya” uğradır və s.

Ancaq digər məqam da ondan ibarətdir ki, Ermənistan Rusiyaya şikayət edərkən, unutmamalıdır ki, ermənilərin nümayəndəsi Avrasiya İttifaqının yüksək eşalonunda təmsil olunur və o, yeri gələndə güclü alət kimi istifadə edilə bilər: “Çünki vaxt gələr, Ermənistanı KTMT-də də sıxışdıra bilərlər, hansı ki, bu qurumun da baş katibi Ermənistan nümayəndəsi Yuri Xaçaturovdur. Ekspertlər isə deyirlər ki, axi siz Rusiyadan nə istəyirsiniz? Qoy öz nümayəndələriniz sizin maraqlarınızı müdafiə etsin”.

Onu da qeyd edək ki, erməni analitik yazarına görə, rusiyameylli bloklarda rəhbərlik vəzifələrinin ermənilərə verilməsi faktı məhz Rusiyanın bənzər cavabdehliklərdən yaxa qurtarmasına hesablanıb. SİTAT: “Aydındır ki, Serj Sarkisyan bütün bunları çox gözəl anlayır, necə ki, verilən sualların da cavabsız qalacağını yaxşı bilir və bu planda Avrasiya İttifaqında, eləcə də KTMT-də olan vəzifələr ona – Sarkisyana xoşu gəlmədiyi məmurlardan, məsələn Tiqran Sarkisyandan, ya da Yuri Xaçaturovdan azad olmaq üçün çox münbit vasitədir”.

Bu təyinolunmalar həm də Serj Sarkisyana ciddi maneələr yarada biləcək insanların özündən uzaqlaşdırılması kimi də anlaşılır

Nəticə olaraq, bu məsələdə Ermənistanın Rusiya qarşısındakı acizliyi göz önündədir. Yəni bir tərəfdən, Ermənistan Rusiyanı müxtəlif məsələlərdə, misal üçün Azərbaycana silah satmaqda və s. amillərdə ittiham edirsə, digər tərəfdən, həmin ittihamları qarşılığında bu ölkənin siyasiləri rusiyameylli təşkilatlara rəhbər vəzifələrə qoyulur. Və bu təyinolunmalar həm də Serj Sarkisyana ciddi maneələr yarada biləcək insanların özündən uzaqlaşdırılması kimi də anlaşılır. Bu səbəbdən, Ermənistan bir tərəfdən Rusiyaya tərə hürürsə, o biri tərəfdən də quyruq bulayır. Ona görə də proseslərin bundan sonra da eyni şəkildə davam edəcəyini proqnozlaşdırmaq mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə