Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori Lənkərana işgüzar səfər edib.
SİA-nın verdiyi məlumata görə, səfər zamanı səfir Lənkəran Şəhər İcra Hakimiyyətində İcra başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Yaponiya- Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri və bu əlaqələr çərçivəsində Yaponiya səfirliyinin həyata keçirdiyi humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. İcra başçısı Yaponiya səfirliyinin xətti ilə rayonda məktəb, səhiyyə obyekti və yarı-ayrı yaşayış məntəqələrində içməsi su problemlərinin həllinə verilən dəstəyi yüksək qiymətləndirərək səfirlik tərəfindən çətin təbii şəraitə malik ucqar dağ kəndi Günəhirdə içməli su xəttinin açılışını əlamətdar hadisə kimi diqqətə çatdırıb və bu layihənin uğurla icra olunmasına görə səfirə təşəkkürünü bildirib.
Sonra Yaponiyanın “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Günəhir kəndinə çəkilən içməli xəttin açılış mərasimi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB