Deyilənə görə, insanın başına nə bəla, müsibət gəlirsə rəhimli, xeyirxah, kin-küdurət bilməməsindən gəlir. Bir də görürsən ki, biri vurub, digərinə bədən xəsarəti yetirir və ya biri digərini ən alçaldıcı küsə söyüşlərinə qonaq edir. Amma həmin şəxs fiziki zorakılığa, nalayiq təhqirlərə baxmayaraq məsələnin dərinliyinə getmir. Beləcə həmin harın məxluq qarşısındakının susqunluğundan istifadə edərək bir qədər də azğınlaşır və fəaliyyətini genişləndirir. Əgər həmin harın məxluqun qaşısına özü kimi harın çıxmasa vəziyyətin daha ağır olacağı şübhəsizdir. Çünki ağzında şirə qalan harın məxluq döyüb-söyməyi, kimisə öldürməklə davam etdirəcək.
Yadıma bu məqamda Molla Nəsrəddinin başına gələn bir əhvalat düşdü: Deməli, Molla arvadı ilə küçə ilə gedən zaman bir harın məxluq ona sataşır, şəxsiyyətini təhqir edir. Qarşılığında Molla ona 3 manat verir. Arvad "o bizi söyüb, təhqir etdi, sən isə ona heç nə demədin əksinə, pul verdin" deyə təəccüblə Mollaya iradını bildirir. Molla isə tövrünü pozmadan "biz onun qanını 3 manata satın aldıq" bildirməklə yolunu davam etdirir. Üç-dörd saatdan sonra geri qayıdan zaman həmin yerdə bayaq onları söyüb-təhqir edən şəxsin öldürülmüş vəziyyətdə yerə uzandığını, birinin isə əli-qolunu qandallayıb apardığlarını görürlər. Molla əda ilə arvadına üzünü tutub deyir: "Gördün arvad, bu harın onsuz da bəlaya tuş gələcəkdi. 3 manatla biz onun qanını satın aldıq".
Beləcə, sözümün canı ondan ibarətdir ki, sağ əlini qoyub, sol əli ilə sağ qulağını qaşıyan mənəviyyatsız və əxlaqsız harın bir şəxsə baş qoşmaq təbii ki, yolverilməz sayılır. Amma məsələ burasındadır ki, harınlıq geniş xarakter alanda onun qarşısını zopa ilə də olsa almaq lazımdır. Bu sənə başucalığı və ya hörmətsizlik gətirsə belə.
Hörmətsizliyə gətirib çıxaran məqamdan söhbət düşmüşkən, fakt budur ki, erməni dığalarına yaşamaq üçün yer, acından ölməmələri üçün çörək verdik. Qarşılığında nələr baş verdiyini bütün demokratik düşüncəli dünya xalqlarına bəllidir. Ermənilərin 200 il ərzində azərbaycanlıların başına gətirdiyi qətliamlar, soyqırımlar bəşər tarixinin görmədiyi, bəlkə də bundan sonra da görməyəcəyi vəhşiliklərdəndir. Nəyə görə, günahımız nə idi və ya harda, nədə yalnışlığa yol vermişik? Bu sualların cavabını Avropa Birliyi, BMT Təhlükəsizlik Şurası, AŞ PA və digər beynəlxalq təşkilatlar çox gözəl bilirlər, amma susurlar. Çünki erməni təəssübkeşliyi onlara bunu diqtə edir. Təbii ki, Azərbaycan xalqı da sona qədər susmayacaq. Necə ki, 1920-ci ildə mart ayının 27-dən aprel ayının 3-nə kimi olan qısa zaman ərzində işğal edilmiş Şuşa, Laçın, Xankəndi və digər yaşayış məskənləri azad edildi. Bu baxımdan indiki erməni işğalı müvəqqəti xarakter daşıyır. Erməni haxçilərinin işğal olunmuş Azərbaycanın dilbər guşələrindən müxtəlif pozalarda fotosessiyalar yaymaları başqa formatı əvəz edəcək. Əminəm ki, 18-20 yaşlı Azərbaycan əsgəri həmin haxçilərin Sarkisyana, Koçaryana, Nalbadyana göz dağı olan sərgisini təşkil edəcək.
Ümümiyyətlə, nə işdisə bilmirəm sosial şəbəkələrdə paylaşılan fotolarda ancaq "haxçi"lər yer alırlar. Dəfələrlə Kəlbəcərdən, Laçından yayılan şəkillərdə erməni qızları az qala gəl-gəl deyən lüt şəkillərini paylaşır, oriental rəqslərini nümayiş etdirirlər. Bu mənamda adam düşünür ki, bu "haxçi"lərin qardaşları və yaxud dədələri yoxdur? Sonra da yada salırsan ki, Sarkisyan erməni xalqına elə divan tutub ki, bu ölkədə bir başıpapaqlı kişi qalmayıb. Ayağı yer tutan, əli çanta götürə bilən "kişilər"» Ermənistan sərhədlərini aşaraq, xarici ölkələrə üz tutublar. Haxçilərin onsuz da tarixən umacları qədim peşə ənənəsindən yoğrulub. Ölkədə kişi qalmadığından Azərbaycanla sərhəddə toplaşıb əl-qol açırlar. İnanın təmas xəttində xaricdən gətirilən PKK-çı və ya xarici muzdlu əsgərləri olmasa həmin haxçilər yerə bastırılmış minalara, Ermənistana tuşlanan silahlara baxmayaraq Azərbaycan səngərlərinə doğru axın edərlər. Əminəm ki, o gününə çox az vaxt qalıb. Ondan sonra nə baş verəcəyini demək və ya yazmaq mənlik deyil.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB