“Əli Kərimli utanmadan açıqqlama verir ki, son illər Ermənistan iqtisadiyyatı durmadan artır. İstinad nöqtəsi də hansısa bir saytın yaydığı açıqlamadır. Ağlı başında olan adam heç vaxt bu yalana, uydurmaya inanmaz. Söhbət Ermənistanın hansı iqtisadiyyatından gedə bilər?! Ümumiyyətlə, Ermənistanın belə bir imkanları çox aşağı səviyyədədir. Heç bir təbii ehtiyatları, nefti, qazı yoxdur. Sənayesi yoxdur, zavodları yoxdur. Bütün dünya bilir ki, Ermənistan datasiya yolu ilə dolanan bir ölkədir. Yəni açıq şəkildə desək, dilənçi bir dövlətdir. Rusiyanın verdiyi vəsait hesabına yaşa bilər”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Ermənistanın bütün komunal xidmətləri belə Rusiya şirkətləri tərəfindən özəlləşdirilib: “Hərbi təhcizatı Rusiya verir. Dünya bazarına çıxaracaq heçnəyi yoxur. Belə bir vəziyyətdə Əli Kərimli Ermənistanın hansı inkişafından danışır? Əslində Əli Kərimlinin Ermənistanla bağlı müsbət fikirlərinin olması birinci hal deyil. Bundan öncədə bu cür açıqlamalar vermişdi. Məqsədi odur ki, Ermənistanı müdafiə edən qüvvələrə və dövlətlərə mesaj verir ki, mənim Ermənisyana münasibətim indiki hakimiyyətdən daha yaxşı olacaq. Xatırlayırsınıza, bir zamanlar Avropa Komisssiyasından çıxış edən Əli Kərimli bəyan edirdi ki, “Qafqazda sülhün təminatı demokratik qüvvələrin hakimiyyətə gəlməsindədir. Yəni, Kərimli demək istəyirdi ki, onu hakimiyyətə gətirin Ermənistanla istənilən məsələdə razılaşaq. Qarabağ pobleminin həlli olunmasından köməklik edə bilər. İndi də qeyd etdiyim kimi, Əli Kərimli Rusiyaya, güclü erməni diasporasına bu mesaj verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB