Əli Kərimlinin iflasının məntiqi nəticəsi

AXCP sədri və sosial şəbəkədəki zombi dəstələri onun süqutunu sürətləndirir
Əli Kərimlinin iflasının məntiqi nəticəsi

Artıq dəfələrlə sübuta yetirilib ki, ölkəmizin siyasi arenasında çabalayan və dağıdıcılıq, radikalizm ənənəsinə sahib olan müxalifət dşüərgəsinin "liderləri" gündəmdən silinməmək üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər. Lakin həmin fürsətlərdən sağlam düşüncə və normal siyasi baxışla deyil, tamamilə əks-istiqamətdə yararlanan "liderlərin" bu məsələdə də uğursuzluqları göz önündədir. Xüsusilə, bənzər menaranın AXCP sədri Əli Kərimli tərəfindən sərgilənməsi nəticə etibarilə uğursuz qalır ki, bundan aqressiyalaşan cəbhəçi sədr öz hirsini sosial şəbəkədəki zombiləri vasitəsilə üzə çıxarır. Ümumiyyətlə, bu fərdin əsas hədəfi yalnız hakimiyyət deyil, həmçinin düşərgədə onu üstələyə biləcək digər müxalifət təmsilçiləridir. Bu baxımdan, Kərimlinin "facebook" muzdluları çoxsaylı saxta profilləri ilə həqarət, söyüş və küfrlərlə AXCP sədrini gündəmdə saxlamaqla məşğuldurlar.

Onlar belə deyirlər ki, sabah AXCP sıralarından çıxarlarsa, eyni addımlar özlərinə qarşı da atılacaq

Ancaq onu da deyək ki, artıq Ə.Kərimlinin bu cür oyunbazlıqlarına qarşı onunla bir partiyada təmsil olunan adamlar tərəfindən də qınaqlar səslənir. Artıq belə demək olar ki, Kərimli bu fəaliyyəti ilə bir sıra "yurd"çuların da etimadını itirib. Daha dəqiq desək, cəbhəçilərin kuluarlarında bu məsələ geniş müzakirə olunur. Etibarlı mənbədən sızan xəbərə görə, onlar belə deyirlər ki, sabah AXCP sıralarından çıxarlarsa, eyni addımlar özlərinə qarşı da atılacaq.

Məsələn, vaxtilə Ə.Kərimlinin yanında olan, bu partiyada canlarını qoyan, ancaq sonradan nə qədər yanlış yolda olduquqlarını anlayaraq oradan uzaqlaşan sabiq "yurdçular" da bənzər halı yaşayıblar.

Alternativ AXCP-nin funksioneri: "Tənqid olsa, başadüşüləndir, ancaq bunlar şəxslərin ailə üzvlərinə kimi şərləyib, təhqir edirdilər"

Belə ki, Ə.Kərimlinin sabiq müavini olmuş, sonradan bu və bu kimi digər məsələlərə görə partiyadan çıxmış Razi Nurullayevin yaratdığı alternativ AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayevə görə, Ə.Kərimlinin bu yolu seçməsinin səbəblərindən biri onu eqosudur:

"Tənqid olsa, başadüşüləndir, ancaq bunlar şəxslərin ailə üzvlərinə kimi şərləyib, təhqir edirdilər. Mən bunun səbəbini iki məsələdə görürəm. Birincisi eqo savaşı. İllərdir eyni postda, eyni partiyada öz hegemonluğunu quran şəxslərin yeni liderlərə, siyasətçilərə qısqanclığıdır. Təsəvvür edin iqtidarı hakimiyyəti "qeyri-demokratik yollarla əlində saxlamaqda" ittiham edənlər, özləri də eyni yolu seçib, illərdir sədrliyi kiməsə vermək istəmirdilər".

"Bunlar qaragüruh ordusudur"

Alternativ cəbhəçiyə görə, Kərimli və onun zombi dəstəsi gizli səsvermə belə keçirməyə cəsarət etmirlər: "Biz isə qurultayda gizli səsvermə keçirdik, eyni zamanda eyni şəxsin iki dəfədən artıq sədr seçilməsinə qadağa qoyduq. Digər bir səbəb də müxalifəti içindən parçalayan idarəetmə siyasətidir. Mən əminliklə deyirəm ki, bizi söyən, bizə hücum edən "müxalifət" əslində ayrı-ayrı qruplara xidmət edir. Ölkədə müzakirə ediləcək problemlər olduğu halda özünü müxalifət adlandıranlar niyə bu problemləri sadalayıb həlli yollarını göstərmək əvəzinə başqalarına hücum etsinlər, niyə təhqir edib, şərləsinlər? Qısacası, bunlar qaragüruh ordusudur".

Əlbəttə, belə müxalifəti xalq da dəstəkləməz. Çünki bu gün xalqın siyasi müxalifətə dəstək verməməsi, bilavasitə Ə.Kərimlinin, eyni zamanda onun kimi siyasət aparan digər dağıdıcı müxalifət "liderlərinin" apardıqları bölücülük siyasətinin məntiqi nəticəsidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə