“Dünyada gedən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda nəzərdə tutulan bütün proqramlar, layihələr uğurla həyata keçirilir”. Bunu SİA-ya Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən deputat söyləyib ki, son 14 il müddətində əhalinin sosial rifahının yüksəldilməsi, eləcə də ölkə iqtisadiyyatının şaxələnməsi istiqamətində mühüm uğurlar əldə olunub: “Ölkə iqtisadiyyatının şaxələnməsi, inkişafı da sosial sahəyə təsir göstərən əsas amillərdəndir. Hesab edirəm ki, ilk növbədə aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və əlillər məhz dövlət tərəfindən dəstəyi daha çox almalıdırlar. Bu istiqamətdə də müvafiq proqramlar həyata keçirilməlidir”.
A. Mollazadə əlavə edib ki, dünyada baş verənlər fonunda ölkəmizdə sosial sahədə geriyə doğru hər hansı addım atılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB