“İslahat bloku”nun irəli sürdüyü namizədlərin əksəriyyəti imza vərəqələrini götürüb
"İslahat bloku" siyasi partiyalar blokunun parlament seçkilərinə irəli sürdüyü namizədlərin əksəriyyəti imza vərəqələrini alıb. SİA-ya bu haqda məlumat verən bloka daxil olan partiyalardan biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli qalan 4-5 nəfərin də bu gün və ya sabah qeydə alınaraq imza vərəqəsini götürəcəyini bildirib.
İrəli sürülən namizədlərin dairə seçki komissiyalarında qeydə alınan zaman ortaya çıxan çətinliklərin fundamental olmadığını vurğulayan BAXCP funksioneri seçkilərə gedən blokun və yaxud partiyanın sənədlərinin hansı qaydada olmasından da çox şey asılı olduğunu qeyd edib: "Blokumuzun sənədləri mükəmməl qaydada hazırlanıb. Başqaları da bunu etiraf edirlər. Çox az hallarda bəzi dairələrdə problemlər olur. Lakin bu problemlər qanun pozuntusu kimi verilə bilməz. Çox az hallarda qanunvericilikdə göstərilməyən sənədlər tələb olunur. Məsələn, tərcüməyi-hal tələb olunur. Fikrimcə, burada əsas səbəb dairə seçki komissiyalarında yenicə işləməyə başlayanların Seçki Məcəlləsi haqqında kifayət qədər məlumatlı olmamasıdır. Bununla belə hesab edirəm ki, blokun və yaxub partiyaların hazırladığı sənədlər qanunauyğun hazırlansa, ortaya çıxan çətinliklər də bir o qədər az olar".
E.Mirzəbəyli bir həftəyə və yaxud 10 günə imzatoplama kampaniyasına yekun vurulacağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB