Türkiyə səfirliyinə şübhəli zərf göndərilib

İsraildəki Türkiyə səfirliyinə içərisində ağ toz olan zərf göndərilib. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, zərfin içərisindəki maddənin nə olduğu hələlik müəyyənləşməyib. Zərfin kim tərəfindən göndərildiyi də bəlli deyil.

Şübhəli zərf səfirlikdə həyəcan siqnalının verilməsinə səbəb olub. İsrailin təhlükəsizlik orqanları da səfirliyə gedərək araşdırma başladıb.

Səfirliyə bir təcili yardım maşını və bir yanğınsöndürən göndərilib.

Zərfin içərisindəki maddənin tərkibinin öyrənilməsi üçün çalışmalar davam edir. Qeyd edək ki, Təl-Əvivdəki ABŞ, İspaniya və isveç səfirliklərinə də keçən həftə şübhəli zərflər göndərilib. Həmin zərflərdə tozla yanaşı, İsrail əleyhinə ifadələr yazılan qeydlər də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə