Ermənistanda Türkiyəyə etiraz

Türkiyənin Van gölündə yerləşən Akdamar adasındakı eyni adlı kilsənin 95 ildən sonra ilk dəfə bir günlüyə açılması Ermənistanda etiraz aksiyalarının keçirilməsinə səbəb olub. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, minlərlə insan "Soyqırım" abidəsinə tərəf yürüş edib.

 

Aksiyaçılar "Türkiyə öhdəliklərini yerinə yetir", "Kilsəmizi, bizə borc vermə" yazılan plakatlarla yürüş edib. Axdamar kilsəsinin qübbəsinə xaçın yerləşdirilməməsinə etirazlar səslənib. Təməli 1915-ci ildə atılan, 1921-ci ildə ibadətə açılan, I Dünya Müharibəsində ermənilərin dediyinə görə yandırılan, 2007-ci ildə bərpa edilərək muzeyə çevrilən Axdamar kilsəsindəki ayin erməniləri tam məmnun etməyib. "Soyqırım" muzeyinin rəhbəri Hayk Demoyan Ankaranın cəhdinin təbliğata yönəldiyini bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə