Akademik Kərim Kərimovun yeni kitabı işıq üzü görüb

AMEA-nın müxbir üzvü Kərim Kərimovun "Azərbaycanın mezozoy neftinin problemləri və onların həlli yolları" adlı kitabı nəşr olunub. SİA-nın məlumatına görə, bu gün Azərbaycanda neft-qaz sahəsində mezozoy neftinin problemi ən vacib və həllini tapmayan problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə uzun müddət tədqiqatların aparılmasına baxmayaraq, bu problem hələ də öz həllini tapmayıb.

Monoqrafiyada əsasən geoloji-mədən, geofiziki və Yer elmləri haqqında digər materialların hərtərəfli təhlili və emalına dair əldə olunmuş nəticələr verilib. Məqsəd mürəkkəb və eyni zamanda da ölkənin elmi və xalq təsərrüfatı sahəsi üçün mühüm olan bu problemin həlli yollarını araşdırmaqdır.

Kitab geoloq və geofiziklər, Yer elmləri sahəsində çalışan alim və mütəxəssislər, Azərbaycanda, Qafqazda və Xəzər dənizi və onun ətraf ərazilərində neft və qaz üzrə axtarış-kəşfiyyat işləri aparan mütəxəssislər və təşkilatlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə