Bu gün Bakıda NATO-nun Madrid Qüvvə Komandanlığının Mobil Təlim qrupu tərəfindən "NATO-nun Rabitə və İnformasiya Sistemləri (CİS) üzrə təlim kursu" start götürüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kurs sentyabrın 24-də başa çatacaq. Nazirliyin məlumatına görə, eyni zamanda bir qrup hərbçimiz Qazaxıstanda keçirilən "Terrorla Mübarizə" kursunda iştirak edir. Kurs Türkiyə Baş Qərargahının Terrorla Mübarizə üzrə Ali Mərkəzi tərəfindən təşkil olunub. "Terrorla Mübarizə" kursuna 24 sentyabr tarixində yekun vurulacaq.
Daha bir kurs isə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən İstanbulda keçirilir. Kimya xidməti (Nüvə, Bioloji, Kimya) zabitləri üçün nəzərdə tutulan qorunma kursu 20.09-22.10.2010 tarixlərində baş tutacaq. Bundan əlavə Azərbaycan hərbçiləri Macarıstanda təşkil olunanan "Qərargah zabitləri üçün hərbi terminologiya" kursu və Yunanıstanda keçirilən "Hərbi Dəniz Qüvvələri Əməliyyatları üzrə ingilis dili kursu"nda iştirak edirlər. Hərbçilərimiz həmçinin Almaniya keçiriləcək C.Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Ali Təhlükəsizlik Araşdırmaları proqramı çərçivəsində növbəti kursu, "Qara Dəniz Təhlükəsizliyi Proqramı" çərçivəsində seminar, "Qafqaz Qartalı Birləşmiş Xüsusi Qüvvələr Təlimi-2010", Bakıda baş tutacaq NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim qrupu tərəfindən "Maddi-Texniki Təminat üzrə təlim kursu", İtaliyanın Neapol şəhərində "Steadfast Juno-2010" təliminin Yekun Koordinasiya Konfransına (müşahidəçi qismində), sentyabrın 28-dən 30-dək Almaniyanın Mittenvald və İnqolştat şəhərlərində Quru Qoşunlarının informasiya toplantısına, sentyabrın 28 və 29-da Bakıda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi tərəfindən təşkil olunmuş "Humanitar prinsiplərin qərargah işinə inteqrasiyası" mövzusunda seminara qatılacaqlar.
Sentyabrın 27-dən 30-dək isə Azərbaycan Ali Hərbi Məktəbi ilə tanış olmaq üçün Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndəsi Bakıda səfərdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB