Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaq.
SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcəkdir.
3-4 noyabr 2014-cü ildə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB