Keçən həftə İrəvan Dövlət Universitetinin tələbə şurası ATƏT-in sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevə, ATƏT-in baş katibi Mark Perrin de Brişambona və ATƏT-in İrəvan ofisinə Qarabağ münaqişəsi ilə bağlı etiraz məktubu ünvanlayıblar. SİA-nın məlumatına görə, məktubda Azərbaycanın təcavüzkar siyasət yeritdiyi və regional təhlükəsizliyinə maneə törətdiyi qeyd edilib.
Həmçinin, İrəvan Dövlət Universitetinin tələbə şurasının prezidenti Tsolak Hakobyan qeyd edib ki, "Biz tələbələr sülhü dəstəkləyirik, amma lazım gələrsə düşmənimizə qarşı adekvat cavab verəciyik".
Bütün bunları nəzərə alan və ermənilərin əvvəlcədən hadisələri qabaqlayaraq qorxaq bəyanatlar verən tələbə təşkilatlarına Azərbaycan Tələbələr Birliyi (ATB) bu gün etiraz bəyanatı hazırlayıb.
Bəyanatda ermənilərin yaydıqları yalan məlumatlara etiraz bildirilib və bunun qarşısının alınması istənilib. Bəyanat beynəlxalq təşkilatlara, səfirliklərə, ATƏT-in Bakı ofisinə göndəriləcəkdir.
Həmçinin, Bəyanatın İrəvan Dövlət Universitetinin tələbə şurasına, Ermənistandakı aktiv tələbə və gənclər təşkilatlarına göndərilməsi planlaşdırılır. Gələcəkdə belə hallara yol verilməməsi üçün diaspor fəaliyyəti işində əlindən gələni edən Azərbaycan Tələbələr Birliyi aktiv tələbələrin belə məsələlərdə səylərini birləşdirməsini də arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB