"Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq və ATƏT-in Minsk qrupundan səylərin artırılmasını tələb edirik". SİA-nın verdiyi məlumata görə, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Füzuli rayonunun Alıxanlı kəndində iki yaşlı Zəhranın və onun nənəsinin ermənilərin açdığı atəş nəticəsində həlak olduğu 4 iyul hadisəsini şərh edən Çavuşoğlu ölənlərin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verib: "Ermənistan tərəfindən atəşin dayandırılmasını tələb edirik və Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunların çıxarılmasının zəruriliyini bir daha təsdiq edirik".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB