Deputatımız Makedoniyada səfərdədir

Deputatımız Makedoniyada səfərdədir
Milli Məclisin deputatı Gültəkin Hacıbəyli AŞPA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasında iştirak etmək üçün Makedoniyanın Skopye şəhərinə səfərdədir. Milli məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə quruma üzv olan dövlətlərdə siyasi sığınacaq axtaran qaraçı millətinə mənsub şəxslər barədə məsələyə baxılacaq.

"Makedoniyada miqrasiya və demoqrafik çağırışlar", "Ekstradisiya hallarında qaçqınlara və miqrantlara ziyan dəyməsi hallarının qarşısının alınması", "Himayə olunmayan azyaşlıların Avropadakı durumu" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İstismar məqsədilə insan alverinə dair dinləmələr olacaq. AŞPA-nın komitə iclasında deputatımızın "Avropanın demoqrafik gələcəyi və miqrasiya" mövzusunda məruzəsinin ilkin layihəsi müzakirə ediləcək.
Səfər sentyabrın 23-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə