ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi kimdir?

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi kimdir?

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi fransalı diplomat Harlem Dezir olacaq. Fransanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, o, bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək.

Harlem Dezirin namizədliyi ATƏT-in hazırkı sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurz tərəfindən təsdiq edilib. İyulun 18-də Harlem Dezirin rəsmi təyinatı həyata keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə