BMT Pakistana yardım üçün üzv ölkələrdən 2 milyard dollar yardım istəyib
BMT 21 milyona yaxın insanın sel fəlakətinin təsirinə məruz qaldığı Pakistana yardım üçün üzv ölkələrdən 2 milyard dollar yardım istəyib. SİA-nın məlumatına görə, 2 milyard dolların BMT-nin bu günə qədər bir fəlakət üçün üzv ölkələrdən istədiyi ən böyük rəqəm olduğu bildirilir.
BMT-dən verilən açıqlamaya görə, 2 milyard dollar bundan sonrakı 12 ay içərisində fəlakətdən zərər çəkən 14 milyon insanın ehtiyaclarını ödəmək, kənd təsərrüfatı, təhsil və səhiyyə layihələrini həyata keçirmək üçün xərclənəcək.
BMT baş katibi Pan Ki-Munun humanitar məsələlər üzrə müavini Valeri Amos "Biz üzərimizə düşəni etməliyik, bu miqyasda fəlakətə və insanların acılarına müşahidəçi gözlə baxa bilmərik" deyib.
BMT-nin məlumatlarına görə, Pakistandakı sel fəlakətində 1700 nəfər ölüb, 1 milyon 900 min ev uçub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB