Türkiyə BMT-də iki önəmli toplantıya rəhbərlik edəcək

Türkiyə BMT-də iki önəmli toplantıya rəhbərlik edəcək

BMT-nin 65-ci sessiyasının açılışında iştirak etmək üçün Amerikaya səfər edən Türkiyə prezidenti Abdullah Gül "Minilliyin İnkişaf Hədəfləri" sammitində iştirak və çıxış edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gülün BMT-də olduğu müddətdə Türkiyənin sədrliyi ilə iki önəmli toplantı keçiriləcək. İlk toplantı sentyabrın 23-də olacaq.

 

Abdullah Gül BMT Təhlükəsizlik Şurasının toplantısına sədrlik edəcək. Toplantıda sülhün müdafiəsi ilə bağlı tədbirlərin artırılması məsələsi müzakirə ediləcək. Toplantıya ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron, Fransa prezidenti Nokola Sarkozi, Rusiya prezidenti Dmitri Medvedev və Braziliya prezidenti Luis İqnasio Lula de Silvanın qatılması gözlənilir.

 

Türkiyənin sədrlik edəcəyi ikinci toplantı isə sentyabrın 27-də olacaq. Terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi toplantını xarici işlər naziri Əhməd Davudoğlu idarə edəcək.

 

İkitərəfli görüşlər də keçirəcək Abdullah Gül Amerika Balkan Federasiyasının ziyafətinfə iştirak edəcək.

 

Türkiyə prezidenti Kolumbiya Universitetini də gəzəcək

Bütün xəbərlər Facebook səhifəmizdə