Azərbaycan ordusu bu gün Ermənistan ordusunu məhv etməyə qadirdir AÇIQLAMA
“Aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi tez bir zamanda azad edilən mövqelərin geri qaytarılacağını deyirdi və buna cəhdlər də oldu. Ancaq həmin cəhdlər hər dəfə düşmənin daha sarsıdıcı zərbə alması ilə nəticələndi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, vurulub-çıxarıldıqları mövqelərin bu yolla geri qaytarılmasının mümkünsüzlüyünü görən Sarkisyan rejimi danışıqlardan imtina etməyə başladı: “Amma havadarları bu cür davranışın işğalçını daha böyük təhlükələrlə üz-üzə qoyacağını görüb, Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşlərini təşkil etdilər.
Buradan belə görünür ki, yaxın gələcəkdə prezidentlər arasında da görüş ola bilər. Artıq aydındır ki, işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıtdı. İndi isə konkret danışıqlar bərpa edilməli və torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın mövqeyi budur. Azərbaycan bu gün inkişaf edib və Azərbaycan ordusunun hərbi potensialının gücləndirilməsinə böyük diqqət göstərilib. Yeni silahlar, ən müasir texnika alınıb. Azərbaycan ordusu bu gün Ermənistan ordusunu məhv etməyə qadirdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB