Ukrayna prezidenti Petro Poroşenko iyunun 17-19-da Gürcüstana səfər etmək niyyətindədir, səfər zamanı bir sıra ikitərəfli sazişlər imzalanacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Poroşenko administrasiyasının rəhbər müavini Konstantin Yeliseyev Ukraynanın "Kanal 5" telekanalına müsahibəsində bildirib.
K.Yeliseyevin sözlərinə görə, son vaxtlar Ukrayna Gürcüstanla əlaqələrini əhəmiyyətli dərəcədə aktivləşdirib və bunda yeni təyin olunmuş ukraynalı səfirin də rolu var.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB