Azərbaycan Həkimlər Assosiyasiyası vətəndaşlara müraciət edib
Azərbaycan Həkimlər Assosiyasiyası (AHA) vətəndaşlara müraciət edib. Bu barədə SİA-ya AHA-nın prezidenti Qalib Əliyev məlumat verib. Müraciətdə bildirilib ki, Azərbaycan Respublikasında son illər sağlamıq sisteminin prioritet sahəyə çevrilməsi, səhiyyənin maliyyələşdirilməsinin dəfələrlə artırılması, maddi-texniki təczihatın yaxşılaşdırılması təbii olaraq bizi sevindirməyə bilməz: "Bununla yanaşı, tibb işçilərinin səmərəli fəaliyyəti, səhiyyə xidmətləri və tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasında xüsusi rol oynayan tibb kadrlarının professionallığı, tibbi etika, deontologiya, tibbi hüquq və mənəvi-psixoloji amillərin vəziyyətində ciddi çatışmazlıqlar qalmaqdadır. Respublikanın ali və orta tibb təhsili ocaqlarında, həmçinin səhiyyə orqanları və müəssisələrində qeyd olunan problemlərin həlli çətin olduğundan və müxtəlif səbəblərdən ləngiyir. Nəticədə tibb kollektivlərində mənəvi-psixoloji mühit və pasient (xəstə)-təbib münasibətləri pozulur, səhiyyə xidmətləri və tibbi yardımın keyfiyyəti, səviyyəsi, mədəniyyəti azalır. Həkimlik peşəsinin nüfuzdan düşməsi tibb işçilərinin mənəvi və maddi sarsıntılarına, xəstələrin isə əziyyətlərinin artmasına səbəb olur. Hazırda həkimlər ən az maaş alan sosial təbəqəyə çevrilib".
Müraciətdə qeyd olunub ki, Azərbaycan Həkimlər Assosiasiyası (AHA) qeyd olunan problemlərin həllinə yardım məqsədi ilə Azərbaycan Respublikasının "Həkimlik peşəsinin əsasları haqqında" Qanun (Azərbaycan Respublikasının Həkimlik Məcəlləsi) layihəsini hazırlayaraq ötən il tibb işçilərin, pasiyentlərin və respublika ictimaiyyətinin müzakirəsinə çıxarıb. Həmçinin vurğulanıb ki, AHA-tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Həkimlik Məcəlləsinin layihəsi tibb işçilərinin fəaliyyətini tənzimləyən aşağıdakı əsaslar və qaydalardan ibarətdir: həkimlərin cəmiyyətdə rolu, sosial vəziyyəti, məsuliyyəti, peşə toxunulmazlığı, tibb işçilərinin davranışı, bir-biri və ya pasiyentlərlə (xəstələrlə) və onların qohumları ilə münasibətləri, pasiyentlərin əsas hüquqları, tibbi yardım və xidmətlərin təhlükəsizliyi, tibbi işçiləri və təşkilatların pasiyentlərə vurduğu ziyana görə mülki-hüquqi məsuliyyət yaradan əsaslar və digərləri. Assosiyasiyasının rəsmi www.ahaqht.org saytında yerləşdirilib. Müzakirələr nəticəsində layihə xeyli təkmilləşdirilib, respublika daxilində və beynəlxalq aləmdə rəğbətlə qarşılanıb.
Ombudsmanı tərəfindən bu qanun layihəsinin vacibliyi vurğulanıb. Səhiyyə Nazirliyində də layihəyə baxılır. Tibb işçiləri tərəfindən layihəyə dəstək üçün imza toplama kompaniyası başlanıb".
"Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə görə 40 min imza toplamış vətəndaşlara qanunvericilik təşəbbüsü verilir. Bu konstitusiyon hüquqlarınızdan istifadə ederək Azərbaycan Respublikasının Həkimlik Məcəlləsinin layihəsini imzanızla dəstəkləməklə Milli Məclisə təqdim olunmasında iştirak edə bilərsiniz.
Bu məqsədlə ad, atasının adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmiş vərəqləri imzalamaqla dəstək verməyinizi rica edirik. Toplanılmış imza vərəqələrini Bakı şəhəri 1065 Q.Şərq küçəsi, 6/6 ünvanına göndərə və yaxud AHA-nın yerli nümayəndələrinə təqdim edə bilərsiniz. Sağlamlığın ən dəyərli nemət olduğunu nəzərə alaraq bu qanunvericlik aktının qəbulu vəzifəsindən asılı olmayaraq hər kəsə , o cümlədən ən şərəfli peşənin nümayəndələrinə – hər bir insanın və xalqın sağlamlığının keşiyində duran tibb işçilərinin səmərəli fəaliyyət göstərmələri üçün çox vacibdir. Bu problemlərin həllində sizlərə ümid bəsləyirik", - deyə müraicətdə öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB