Azərbaycan jurnalistləri üçün "Etik jurnalistika" təlimlərinin keçirilməsinə start verilib. SİA-nın məlumatına görə, sentyabrın 16-dan başlayan təlimlər 6 gün davam edərək sentyabrın 22-də başa çatacaq. Təlimlər Beynəlxalq Jurnalistlər Federasiyasının və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası, "Ruh" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə gerçəkləşdirilən "Etik jurnalistika təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində keçirilir.
Layihənin Azərbaycan üzrə koordinatoru Müşviq Ələsgərlinin sözlərinə görə, təlimlərin keçirilməsində məqsəd Azərbaycan media təmsilçilərinə etik jurnalistika prinsiplərinin beynəlxalq təcrübədə necə tənzimlənməsi barədə məlumat verməkdir: "Jurnalistlərin etik davranışları kodeksinin tez-tez pozulması hamıya məlumdur. Azərbaycan Mətbuat Şurası da bu məsələyə xüsusi həssaslıqla yanaşır. Mətbuat Şurası ATƏT-in dəstəyi ilə etik davranış kodeksinin yeni variantını hazırlayıb. İndi jurnalistləri bu kodekslərlə tanış etmək və prinsiplərə əmələ olunmasının zəruriliyi barədə onlarda təsəvvür yaratmaq lazımdır. Keçirdiyimiz layihə də məhz bu məqsədə xidmət edir".
Ələsgərli bildirib ki, layihədə iştirak etmək üçün ölkənin bütün aparıcı KİV təşkilatçılarının təmsilçiləri cəlb ediliblər: "Təlimlərdə televiziya, qəzet və informasiya agentliklərindən ümumilikdə 30 nəfər jurnalist iştirak edir".
Sonda layihə koordinatoru iştirakçıların sertifikatla mükafatlandırılacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB