Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 3 - Mədəniyyət komitəsinin 2010-cu ilin yaz və növbədənkənar sesiyaları ərzində gördüyü işlər barədə hesabatı, 2010-cu ilin payız sesiyasında görüləcək qanunvericilik işləri, "Müəlliflik hüquqi və əlaqəli hüquqlar haqqında" qanununa əlavə və dəyişikliklər barədə məsələlər daxil olub. İclası giriş sözü ilə açan komitə sədri Nizami Cəfərov ilk növbədə gündəliyə daxil olan məsələlər haqqında məlumat verib.

Daha sonra komitənin cari ilin yaz və növbədənkənar sesiyaları ərzində hesabatı haqqında danışan millət vəkili bildirib ki, ötən dövr ərzində komitə 3 iclas keçirib və həmin iclaslarda bir neçə məsələlər müzakirə edilib. O bildirib ki, bu müddət ərzində komitə adlar və soyadlar məsələsində geniş məlumatlar verib, müzakirələrdə çıxış edib. Iclasın davamında gündəliyin ikinci məsələsi haqqında məlumat verən N.Cəfərov komitənin gələcək fəaliyyəti ilə bağlı danışıb. "Yaradıcı təşkilat yaradıcı insanlar haqqında"məsələnin davam etdiriləcəyini deyən millət vəkili vurğulayıb ki, bu müddət ərzində komitə çox işlər görməsə də böyük müzakirələrdə çıxış edib. Çıxışı zamanı N.Cəfərov mədəniyyət haqqında qanuna dəyişiklik ediləcəyini də qeyd edib.

Iclasda çıxış edən komitənin üzvü Rəfael Hüseynov komitənin yaz və növbədənkənar sesiyasında işini qənaətbəxş hesab edib. Daha sonra iclasın gündliyinə daxil olan III məsələ"Müəlliflik hüquqi və əlaqəli hüquqlar haqqında "qanununa əlavə və dəyişikliklər barədə qanun layihəsi müzakirə olunub. Dəyişikliyə əsasən qanun layihəsində yer alan plagiatçılıq anlayışı ənənəvi bildiriş və pulsuz istifadə sözləri əlavə edilib.Bundan əlavə, layihədə yer alan kütləvi bildiriş interaktiv bildiriş sözü əvəzlənib.

Müzakirələr zamanı komitənin üzvü olan Jalə Əliyeva layihədə piratçılıq sözünün çıxarılması ilə razılaşmadığını vurğulayıb.
Qeyd edək ki, iclas müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə