Lavrov və Nalbandyan bağlı qapılar arxasında danışıqlar aparıblar

Lavrov və Nalbandyan bağlı qapılar arxasında danışıqlar aparıblar

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov ilə Edvard Nalbandyan bu gün Avstriyanın Mauerbax şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının görüşü çərçivəsində bağlı qapılar arxasında danışıqlar aparıblar. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, S.Lavrov ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzla da görüş keçirib.

Qeyd edək ki, Mauerbaxda nazirlərin görüşü S.Kurzun təşəbbüsü ilə reallaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə