Əhməd Davudoğlu: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çalışır” - MÜNASİBƏT

Əhməd Davudoğlu: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çalışır” - MÜNASİBƏT
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çalışır. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu CNN türkə verdiyi müsahibəsində söyləyib. O Qafqaz regionunda hər iki tərəfin əziyyət çəkməsinə səbəb olan vəziyyətdən narahat olduğunu bildirib.

"Status-kvo hər iki (Azərbaycan və Ermənistan) ölkənin maraqlarına cavab vermədiyinə görə, iflasa uğrayıb. Hazırkı vəziyyət dəyişilməz qala bilməz",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə