Azərbaycan xakkerləri: “We never forget Mubariz Ibrahimov”

Ermənistan Sambo Federasiyasının rəsmi saytı (sambo.am) xakkerlər tərəfindən dağıdılıb. SİA-nın məlumatına görə, erməni elektron mənbələri bunun Azərbaycan xakkerləri tərəfindən məqsədli edildiyini iddia edirlər. Erməni saytlarının yazdıqlarına görə, dünən səhər saatlarında saytı açarkən ilk səhifədə Azərbaycan bayrağı olub. Həmçinin saytda "We never forget Mubariz Ibrahimov" (Biz heç vaxt Mübariz İbrahimovu unutmayacağıq) cümləsi yazılıb və şəkli yerləşdirilib.
Erməni mətbuatı həmin saytın iyulun 2-də də xakkerlər tərəfindən dağıldığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...