9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Naziri Elmar Məmmədyarov və XİN-nin kollektivi Fəxri Xiyabanı ziyarət edərək Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. SİA-nın verdiyi məlumata görə, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüblər.
XİN kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl”abidəsinin önünə əklil və gül dəstələri qoyub, şəhdilərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
1919-cu il iyul ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında 24 avqust 2007-ci ildə Sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB