Mübariz Əhmədoğlu: “ABŞ-ın davranışında hərbi elementlər qabarıq şəkildə özünü göstərir” AÇIQLAMA

“ABŞ-ın davranışında hərbi elementlər qabarıq şəkildə özünü göstərir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Suriyada ABŞ bir neçə hərbi əməliyyatlar keçirdi: “Növbəti hərbi aksiyalara hazırlaşır.

II. Baltikyanı dövlətlərdə ABŞ və Rusiya təyyarələri bir-birini daim izləyirlər. Hərbçilərin dili ilə desək tuturlar. Hərbi təyyarəçilər bir-birinə qarşı avantürist addımlar atırlar. RF müdafiə naziri S.Şoyqunun təyyarəsini Baltik dənizi üzərindən hər iki istiqamətə uçarkən NATO təyyarələri müşayiət etdilər. Hərbi təyyarələrin bir-birinə qarşı münasibətləri istənilən anda idarə olunmaz vəziyyətə keçə bilər. Beləliklə hərbçilərin və ya kompüterin səhvi dünya müharibəsini yaratmağa çox yaxındır.

III. ABŞ hərbçiləri Somalidə “əş-Şabab” qruplaşmasına hücum etdilər.

IV. ABŞ Filippində terrorçulara qarşı mübarizə aparan qüvvələrə hərbi dəstək verdi.

V. D.Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı strateji dözümün başa çatdığını bildirdi.

VI. Pentaqonun başçısı C.Mettis Çinlə hərbi qarşıdurmanı istisna etmədi. O, Cənubi Çin dənizindəki süni adaların militarizasiyasını buna səbəb göstərdi.

VII. D.Tramp Hindistanın baş naziri N.Modi ilə görüşdükdə yalnız ABŞ-dan hərbi texnika almağı məsləhət bildi.

VIII. D.Tramp Əfqanıstanda ABŞ kontingentinin miqdarını artırmaq üçün C.Mettisə icazə verdi.

ABŞ-Rusiya münasibətləri geosiyasətin ağırlıq mərkəzi olaraq qalır. İndi Rusiya ABŞ-la danışıqlara o qədər meylli deyil. Suriyadakı hərbi davranışı Rusiyanın mövqeyini sərtləşdirdi. Hal-hazırda ABŞ dialoqa daha çox can atır, Rusiya dialoqu rədd edir. Vitse-prezident C.Pens Rusiya, İran və terrorizmi sülh üçün ən böyük təhlükə adlandırdı. Ağ Ev müstəqillik günü ilə əlaqədar Rusiyaya təbrik göndərmədi. Yalnız mətbuat hay-küy saldıqdan sonra gecikməklə də olsa təbrik göndərdi. Ağ Ev G-20-nin Hamburq sammitində D.Trampın V.Putinlə görüşəcəyini bildirsə də Kreml bunu təsdiq etməyib.

ABŞ maliyyə nazirliyi Rusiyanın yeni kompaniyalarına qarşı maliyyə sanksiyalarını elan etdi.

ABŞ Dövlət Katibi E.Tillerson Rusiya ilə münasibətlərin hədsiz aşağı səviyyədə olduğunu, pisləşməkdə davam etdiyini və bunun təhlükə yaratdığını bildirdi. Onun fikrincə, ABŞ Rusiya ilə münasibətləri stabilləşdirmək istiqamətində plan hazırlayır. Tillersona görə ABŞ-ın bütün müttəfiqləri Rusiya ilə münasibətlərin yaxşılaşmasını xahiş edirlər. O Rusiya diplomatik mülkiyyətinin həbs olunmasını, iki ölkə arasındakı münasibətlərdə əsas qıcıqlandırıcı adlandırdı. ABŞ Dövlət Departamenti Baltikyanı ölkələrdəki rus dilli mətbuatı maliyyələşdirəcək.

ABŞ hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşdu və ciddi zədə aldı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə