Əbdürrəhman Səd: "Dinc sakinlərin qəsdən öldürülməsi ən ağır cinayətdir"
"Dinc sakinlərin, o cümlədən qadın və uşaqların qəsdən öldürülməsi ən ağır cinayətdir." Bu fikirləri Misir-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Əbdürrəhman Səd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı cinayətlə bağlı AZƏRTAC-a müsahibəsində bildirib.
Baş katib Ə.Səd deyib ki, Ermənistan silahlı qüvvələri bundan əvvəl də Xocalıda dəhşətli qətliam törətmişdilər, aralarında qadın, uşaq, yaşlı olmaqla 613 dinc sakin vəhşicəsinə öldürülmüşdü.
Ermənistanın sülh danışıqlarına riayət etməsinin, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməsinin önəmini ifadə edən baş katib bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli regionda sülh və sabitliyin bərqərar olması üçün olduqca vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə